Böyük britaniyalı hərbi dalğıclar müvafiq qərar qəbul ediləcəyi təqdirdə Hörmüz boğazında minaları təmizləməyə hazırlıq görürlər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” nəşri Britaniya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin məlumatına görə, əməliyyatlarda minatəmizləmə və minaların zərərsizləşdirilməsi üzrə təlim keçmiş Kral Dəniz Qüvvələri mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
“Politico” qeyd edir ki, London bununla Körfəzdən keçən əsas keçidin qorunmasına əhəmiyyətli töhfə vermək istəyini nümayiş etdirməyə çalışır. Ötən ay Böyük Britaniya Körfəzə hərbi gəmi və ya minatəmizləmə sistemləri ilə təchiz olunmuş avtonom kommersiya gəmisi göndərməyi nəzərdən keçirdiyini açıqlamışdı.
Bir qədər əvvəl “The Washington Post” qəzeti Pentaqon nümayəndəsinə istinadla yaydığı məlumatda bildirilirdi ki, Hörmüz boğazında minatəmizləmə əməliyyatı altı ayadək çəkə bilər.
