Qazaxıstan yaxın dörd ildə 5 min kilometrlik dəmir yolu inşa edəcək

A- A A+

Qazaxıstan qarşıdakı dörd il ərzində 5 min kilometrlik yeni dəmir yolu xətti çəkməyi planlaşdırır.

NUHÇIXAN Qazaxıstan hökumətinin məlumatına istinadla xəbər verir ki, Baş nazir Oljas Bektenov bunu Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Konfransının iclasında açıqlayıb.

O bildirib ki, məqsəd 2035-ci ilə qədər tranzit həcmini 100 milyon tona çatdırmaq və Qazaxıstanın Avrasiyada əsas nəqliyyat mərkəzi kimi rolunu gücləndirməkdir.

Baş nazir qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı diqqət mərkəzindədir. Bu işlərin bir hissəsi olaraq, dəmir yolu və liman infrastrukturu modernləşdirilir, Aktau və Kurık limanlarında konteyner tutumu genişləndirilir.

O əlavə edib ki, 2029-cu ilə qədər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca daşımaların həcminin ildə 80 mindən 300 min TEU-ya qədər artırılması planlaşdırılır. Yüklərin çatdırılma müddəti artıq 18 günə endirilib və gələcəkdə 10 günə endirilməsi nəzərdə tutulur. Bektenov, həmçinin rəqəmsal texnologiyaların tətbiqinin, o cümlədən sərhəddə yüklərin emalı vaxtının azaldılmasının vacibliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: