İrakli Kobaxidze: Aİ səfirinin Gürcüstan xalqını vətəndaş müharibəsi və yoxsulluqla hədələməsi ağlasığmazdır

A- A A+

Avropa İttifaqının (Aİ) səfiri Pavel Herçinskinin Gürcüstan xalqını vətəndaş müharibəsi və yoxsulluqla hədələməsi sadəcə ağlasığmazdır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısının sözlərinə görə, səfir gürcü xalqına qarşı təhdidlər etmək məcburiyyətində qaldığı zaman faciəvi vəziyyətə düşür.

"Aİ səfiri Gürcüstan xalqını vətəndaş müharibəsi və yoxsulluqla hədələməsini qiymətləndirmək mümkün deyil. Gürcüstan xalqına qarşı bu cür təhdidlər etmək məcburiyyətində qalması onun çətin vəziyyətindən xəbər verir", - deyə İrakli Kobaxidze əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: