Paşinyan: Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var

A- A A+

7 iyunda keçiriləcək parlament seçkiləri keçmiş hakimiyyət nümayəndələrini siyasi səhnədən uzaqlaşdırmaq üçün nadir imkandır.

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, üçüncü prezident Serj Sarkisyanın seçkilərdə iştirak etməyəcəyi ilə bağlı iddiaları təkzib edib: “Serj Sarkisyan əvvəlki seçkilərdə “Şərəfim var” alyansında iştirak edirdi, bu seçkilərdə isə “Güclü Ermənistan” alyansında iştirak edir. O, bu qüvvəyə açıq dəstək verib, sizə tanış olan şəxslər onların mitinqlərində iştirak ediblər. Bugünkü seçki prosesində isə onlar qisas almaq və 2006-cı ilin koalisiyasını bərpa etmək istəyirlər. Bunun arxasında başqa heç nə yoxdur”.

Nikol Paşinyanın sözlərinə görə, 2018-ci ilə qədər elə görünürdü ki, siyasi səhnədə liberallar və başqa baxışlar var: “Amma indi məlum oldu ki, məsələn, Levon Ter-Petrosyan əslində tam şəkildə Daşnaksütyundur. Hətta ən uğursuz Daşnaksütyun. Qalanı isə sadəcə teatr və oyundur”.

Baş nazir vurğulayıb ki, qarşıdan gələn seçkilər xüsusi əhəmiyyət daşıyır.

Paşinyan əlavə edib ki, bu seçkilər hazırda kriminal oliqarx olan keçmiş prezidentləri siyasi səhnədən qovmaq üçün unikal şansdır: “Mən bu şansı görürəm və bunu insanlarla təmaslarım sayəsində hiss edirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: