Rumıniya Aİ-də inflyasiya dərəcəsinə görə birinci yerdədir

A- A A+

Rumıniya 2026-cı ildə Avropa İttifaqında inflyasiya dərəcəsinə görə ən yüksək göstəriciyə malik ölkə olaraq qalır.

NUHÇIXAN Rumıniya mətbuatına istinadən xəbər verir ki, ölkədə qiymət artımı xüsusilə ərzaq məhsullarında daha kəskin hiss olunur və bu, əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərir.

Avrostat məlumatlarına əsasən, 2026-cı ilin fevral ayında Rumıniyada illik inflyasiya təxminən 8–9 faiz civarında olub və bu göstərici Aİ üzrə orta səviyyədən xeyli yüksəkdir. Məlumata görə, qiymət artımında əsas pay ərzaq məhsullarının üzərinə düşür. Qida məhsullarında qiymətlərin sürətli artımı ümumi inflyasiyanı yüksəldən əsas amillərdən biri kimi göstərilir. Eyni zamanda ölkədə alıcılıq qabiliyyəti zəifləməkdə davam edir. Artan qiymətlər fonunda əhalinin real gəlirləri azalır, bu isə istehlakın enməsinə gətirib çıxarır.

Rumıniya iqtisadiyyatında digər mənfi tendensiyalar da müşahidə olunur. Bildirilir ki, daxili istehlak azalır, dövlət büdcəsindən maliyyələşən investisiyalar isə ilin əvvəlində təxminən 55 faiz azalıb. Bu vəziyyət iqtisadi aktivliyə əlavə təzyiq yaradır.

Qeyd olunur ki, Avropa İttifaqında ümumi inflyasiya daha aşağı səviyyədə qalsa da, Rumıniyada qiymət artımının yüksək templə davam etməsi ölkəni digər üzv dövlətlərdən fərqləndirir.

Məlumatda bildirilir ki, mövcud vəziyyət həm əhalinin gündəlik xərclərinə, həm də biznes mühitinə birbaşa təsir edir və bu tendensiyanın davam etməsi iqtisadi artım perspektivləri üçün risk yarada bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: