Emmanuel Makron 2027-ci ildən sonra siyasətdən gedəcəyini açıqlayıb

A- A A+

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə ikinci prezidentlik müddətinin başa çatmasından sonra siyasi fəaliyyətini davam etdirməyəcəyini bəyan edib.

NUHÇIXAN xəbər verir ki, dövlət başçısı bu açıqlaması ilə gələcək siyasi ambisiyalarına qapını bağladığını bildirib.

Kiprdə tələbələrlə görüş zamanı çıxış edən Makron vurğulayıb: “Mən siyasətlə əvvəllər məşğul olmamışam və bundan sonra da məşğul olmayacağam”. Bununla da o, prezidentlikdən sonra ictimai-siyasi səhnədən çəkilmək niyyətini açıq şəkildə ortaya qoyub.

2022-ci ildə ikinci müddətə prezident seçilən Emmanuel Makron Fransada konstitusiya ilə müəyyən edilmiş qaydalara uyğun olaraq 2027-ci ildə sonuncu mandatını tamamlayacaq.

Prezident görüş zamanı hakimiyyətdə keçirdiyi illərə də toxunaraq bildirib ki, uzunmüddətli idarəçilik həm ciddi çağırışlar, həm də məsuliyyət tələb edir. Onun sözlərinə görə, əsas məsələ əldə olunan uğurları qorumaqla yanaşı, buraxılan səhvləri düzgün təhlil edib aradan qaldırmaqdır: “Doqquz ildən sonra ən çətin olan, uğurlu olanı saxlamaq və işləməyən məqamları düzəltməkdir”.

2027-ci il prezident seçkiləri ilə bağlı ilkin müzakirələrin başladığı bir vaxtda Makronun bu mövqeyi Fransa siyasətində gələcək qüvvələr balansı və yeni liderlərin ortaya çıxması baxımından mühüm siqnal kimi qiymətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: