Norveçdə uşaqlara sosial medianı qadağan edən qanun layihəsi müzakirəyə çıxarılır

A- A A+

Norveç hökuməti 16 yaşadək uşaqlara sosial medianı qadağan edən qanun layihəsini 2026-cı ildə müzakirəyə çıxaracağını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, qanun layihəsində gənc istifadəçilərin yaşını təsdiqləmək məsuliyyəti texnologiya şirkətlərinin üzərinə qoyulacaq.

Qeyd edək ki, Norveç sosial mediada yaş məhdudiyyəti qanunvericiliyini tətbiq edən ilk Avropa ölkələrindən biridir. Bundan öncə Fransa, İspaniya və Danimarka sosial şəbəkələrdə yaş məhdudiyyətlərini elan edib.

Eyni zamanda, Avropa Komissiyası (AK) uşaqları və yeniyetmələri qorumaq siyasətinə sadiqliyini bir daha vurğulayıb. AK aprelin ortalarında sosial media istifadəçilərinin yaşını yoxlamaq üçün hazırladığı tətbiqi ictimaiyyətə təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: