ABŞ-də federal edam cəzaları bərpa olunacaq

A- A A+

ABŞ Ədliyyə Nazirliyi federal ölüm hökmünün tətbiqinin bərpası üçün tədbirlər görüb. Bu tədbirlərə ölümcül inyeksiya protokolunun yenidən qüvvəyə minməsi və edam üsullarının sayının artırılması, o cümlədən güllələnmənin tətbiq edilməsi daxildir.

NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

“Əvvəlki administrasiya terrorçular, uşaq qatilləri və polis əməkdaşlarını öldürənlər də daxil olmaqla ən təhlükəli cinayətkarların təqib olunmasından və onlara ən ağır cəzanın icrasından imtina etməklə Amerika xalqını müdafiə etmək yolunda borcunu yerinə yetirmədi. Prezident Donald Trampın dövründə Ədliyyə Nazirliyi yenidən qanuna riayət edməyi təmin edir və zərərçəkənləri dəstəkləyir”, – deyə baş prokuror vəzifəsini icra edən Todd Blanş bildirib.

Qurum baş prokuror Merrik Qarlendin dövründə tətbiq edilən federal edamlarla bağlı müddətsiz moratoriumu ləğv edib və artıq 44 təqsirləndirilən şəxs barəsində ölüm hökmü tələbi ilə vəsatətlərə icazə verib.

Bundan başqa, bəyanatda bildirilir ki, Trampın ilk prezidentlik dövründə qüvvədə olmuş pentobarbitaldan istifadə edilməklə edam protokolu bərpa olunur, əlavə edam üsulu kimi güllələnmə tətbiq edilir, həmçinin ölüm hökmü işlərinə baxılmasının sürətləndirilməsi üçün daxili prosedurlar sadələşdirilir.

Yaxın həftələrdə Ədliyyə Nazirliyi məhkumlara bütün məhkəmə prosedurları başa çatana qədər əfv olunmaları ilə bağlı müraciət təqdim etməyi də qadağan etməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: