Türkiyədə dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaradılacaq

A- A A+

Türkiyənin 81 vilayətinin hər birində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanacaq və dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaradılacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə dünyanın qabaqcıl zərbə PUA-ları istehsalçısı olan “Baykar” şirkətinin baş direktoru Halük Bayraktar məlumat verib. Onun sözlərinə görə, ən böyük mərkəz İstanbulda yaradılacaq.

Baş direktor əlavə edib: “Məqsədimiz vətəndaşlara açıq olacaq dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaratmaqdır. Gənclər dronları sınaqdan keçirə və ekosistemə bələd ola biləcəklər. Beləliklə, lazım gələrsə, bütün ölkə üzrə eyni vaxtda milyonlarla dron istehsalını təmin edə biləcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: