Ukraynada anomal hava şəraiti nəticəsində ölənlər var

A- A A+

Ukraynada qeyri-sabit hava şəraiti səbəbindən iki nəfər ölüb, biri uşaq olmaqla iki nəfər yaralanıb. Xilasedicilər 13 bölgədə nəticələrin aradan qaldırılması ilə məşğuldurlar.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib. Məlumata görə, ağacların aşması nəticəsində Çerkası və Zaporojyedə iki nəfər ölüb. Bundan əlavə, Poltavada bir uşaq ağacdan xəsarət alıb.

Bir çox yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

“Ağacların kəsilməsi və bərpa işləri üçün 176 missiya həyata keçirilib. 647 xilasedici və 150 texnika cəlb olunub”, - deyə məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: