Çin Aİ-nin investisiya maneələri yaradan qanununa qarşı əks tədbirlər görəcəyini bəyan edib

A- A A+

Çin bazar ertəsi günü Aİ-nin “Sənaye gücünün artırılması” Qanununun (IAA) ciddi investisiya maneələri yaratdığını və institusional ayrı-seçkilik təşkil etdiyini bildirib, həmçinin ölkənin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün Pekinin əks tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Ticarət Nazirliyinin məlumatına görə, həmin qanunvericilik aktı inkişaf etməkdə olan dörd strateji sənayedə - batareyalar, elektrikli nəqliyyat vasitələri, fotovoltaiklər və vacib xammalda xarici investisiyalara çoxsaylı məhdudlaşdırıcı tələblər qoyur, həmçinin dövlət satınalmaları və hökumət dəstəyi siyasətlərində Aİ mənşəyinə dair istisna maddələrini əhatə edir.

Mart ayında təqdim edilən IAA qanunu Aİ-də əlavə dəyər yaratmağı, ədalətsiz qlobal rəqabətin artması və strateji sektorlarda Aİ-yə üzv olmayan təchizatçılardan asılılığın güclənməsi fonunda sənaye bazasını gücləndirməyi hədəfləyir.

Pekin bu qanunvericilik aktı ilə bağlı mövqeyini və ciddi narahatlıqlarını ifadə edib və rəsmi müraciətlə Avropa Komissiyasına təkliflər göndərib. Pekin şərhlərdə iddia edib ki, bu qanun Çin investorlarına qarşı ayrı-seçkilik yaradır. Sənəd Aİ-nin yaşıl keçidini ləngidəcək, habelə Avropa bazarında ədalətli rəqabəti sarsıdacaq.

Pekin Aİ-ni xarici investorlara qarşı ayrı-seçkilik, məcburi əqli mülkiyyət və texnologiya ötürülməsi tələblərini və dövlət satınalmalarına qoyulan məhdudiyyətləri qanunvericilikdən çıxarmağa çağırıb.

Nazirlik bildirib ki, Çin bu məsələ ilə bağlı Brüssel ilə dialoqa hazırdır. “Amma Aİ Çinin şərhlərini qulaqardına vurub qanunvericiliyin qəbul edilməsini davam etdirərsə və bununla da Çin şirkətlərinin maraqlarına zərər verərsə, Pekin öz müəssisələrinin qanuni hüquq və mənafelərini qətiyyətlə qorumaq üçün əks tədbirlər görəcək”, - deyə bəyanatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: