Polşa hökuməti yanacağın qiymət limitini qüvvədə saxlayacaq

A- A A+

Polşada "Aşağı yanacaq qiyməti" proqramı lazım olduğu müddətə qədər qüvvədə qalacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Polşanın dövlət aktivlərinə nəzarət naziri Voyçex Balcun RMF24 radiostansiyasına müsahibəsində bildirib. Nazir deyib ki, Energetika Nazirliyi tərəfindən müəyyən edilmiş yanacaq qiymətinin saxlanılması dövlət büdcəsinə ayda 1,6 milyard zlotıya (təxminən 432 milyon dollar) başa gəlir.

Martın 30-dan başlayaraq Energetika Nazirliyi ölkədəki bütün yanacaqdoldurma məntəqələri üçün məcburi olan benzin və dizel yanacağı qiymətlərinə hər gün limit elan edir. Yanacağın limitdən yuxarı qiymətə satılmasına görə 1 milyon zlotıya qədər (təxminən 270 min dollar) cərimə müəyyən olunub.

Energetika naziri Miloş Motıkanın sözlərinə görə, “Aşağı yanacaq qiyməti” proqramı sayəsində polşalı avtomobil sahibləri martın 30-dan aprelin 17-dək təxminən 3 milyard zlotıya (830 milyon dollar) qənaət ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: