ABŞ-nin məxfi milli təhlükəsizlik məlumatlarını sızdıran Pentaqon məmuru işdən çıxarılıb

A- A A+

ABŞ-nin müharibə naziri Pit Heqset mətbuat konfransında yüksəkvəzifəli nüvə ehtiyatları məmurunun məxfi milli təhlükəsizlik məlumatlarını sızdırması iddialarına münasibət bildirib və onun işdən çıxarıldığını təsdiqləyib.

NUHÇIXAN ABŞ mediasına istinadla xəbər verir ki, brifinq zamanı müxbirin sualını cavablandıran Heqset kimyəvi və nüvə zəmanətindən məsul olan ABŞ ordusunun rəsmisi Endryu Huqqla bağlı deyib: “Bəli, o, artıq burada işləməyəcək”.

Sual bu həftənin əvvəlində jurnalist Ceyms O'Kif tərəfindən dərc edilmiş xəbərlərdən sonra verilib. Həmin xəbərlərdə Huqqın tanış olduğu bir şəxsə məxfi məlumatları açıqladığı iddia edilirdi.

Hadisənin daxili təhlükəsizlik təlimində dəyişikliklərə səbəb olub-olmayacağı ilə bağlı suala cavab verən Heqset vurğulayıb ki, Pentaqon bu məsələdə ayıq-sayıqdır.

O'Kifinin sözlərinə görə, internetdə yayımlanan videomaterialda həmin məmurun ABŞ-nin nüvə imkanları və kimyəvi təhlükəsizlik protokolları ilə bağlı detalları ictimaiyyət qarşısında paylaşdığı göstərilir.

Pentaqon iddia edilən sızmanın əhatə dairəsi və ya potensial məhkəmə prosesi ilə bağlı əlavə detalları ictimaiyyətə açıqlamayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: