Qazaxıstanda süni intellekt insultdan ölüm hallarını azaldır

A- A A+

Qazaxıstanda tətbiq olunan süni intellekt sistemi insultdan ölüm hallarını 40 faiz azaldıb.

NUHÇIXAN Qazaxıstanın “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini – rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında məlumat verib.

Bildirilib ki, “Cerebra” süni intellekt sistemi kompüter tomoqrafiyası nəticələrini qısa müddətdə təhlil edərək insult diaqnozunun sürətini və dəqiqliyini artırır.

Sistem paytaxt Astana şəhəri ilə yanaşı, bir sıra vilayətlərdə də tətbiq olunur. 2025-ci il sentyabrın 1-dən etibarən 7600-dən çox xəstənin məlumatları təhlil edilib, nəticədə ölüm halları 40 faiz azalıb, vaxtında müalicə alanların sayı isə əhəmiyyətli dərəcədə artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: