Yaponiyanın şimal-şərqində baş verən meşə yanğınları nəzarət altına alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğınlar İvate prefekturasının Otsuçi şəhərində başlayıb və nəticədə 3 mindən çox sakin təxliyə edilib.
Yanğınsöndürənlər və Yaponiya Özünümüdafiə Qüvvələrinin şəxsi heyəti, həmçinin helikopterlər alovun qarşısının alınması üçün səfərbər olunub. Yanğın ümumilikdə 1600 hektardan çox ərazini əhatə edib.
Qeyd olunur ki, yağan yağış yanğınların nəzarətə götürülməsinə kömək edib. Yanğının söndürülməsi işləri davam edir.
