Media: Kanada Ukrayna ilə PUA istehsalı üzrə birgə müəssisə yarada bilər

A- A A+

Kanadanın “Sentinel” kompaniyası adı açıqlanmayan Ukrayna firması ilə pilotsuz uçuş aparatları (PUA) istehsalı üzrə birgə müəssisə yarada bilər. PUA-ların Kanadada Ukrayna Silahlı Qüvvələri üçün istehsal olunması nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb. Mənbələrin qəzetə verdiyi məlumata görə, hazırda Kanada və Ukraynanın müdafiə nazirlikləri arasında danışıqlar aparılır. Əgər nəticə uğurlu olarsa, Kanadada PUA istehsalına başlanılacaq. Kanada hökumətinin bu dronları alıb sonra Ukrayna ordusuna təhvil verəcəyi gözlənilir.

Qəzet qeyd edib ki, Ukraynada münaqişənin başlanmasından bəri Ottava Kiyevə 6,5 milyard dollarlıq hərbi yardım ayırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: