“Nestle” iş yerlərini azaldacaq

A- A A+

İsveçrənin qida sənayesi nəhəngi “Nestle” dünya üzrə 16 min iş yerinin ləğvini nəzərdə tutan genişmiqyaslı planı açıqlayıb. Bu çərçivədə Fransada 180 iş yerinin ləğv ediləcəyi gözlənilir.

NUHÇIXAN xəbər verir ki, “Nestle”nin bu addımı atmasının səbəbi gəlirlərin azalmasıdır.

“Dünya dəyişir və “Nestle” bu prosesə daha sürətlə uyğunlaşmalıdır. Çətin, lakin zəruri qərarlar qəbul edirik ki, işçilərin sayını azaldaq”, - deyə baş direktor Filip Navratil bildirib.

Qeyd edək ki, “Nestle”də iş yerlərinin azaldılması 2027-ci ildən həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: