Yapon deputatların Yasukuni məbədini ziyarət etməsi Çində narazılıq yaradıb

A- A A+

Yaponiya deputatlarının yapon militarizminin rəmzi hesab edilən Yasukuni məbədini ziyarət etməsi Çində narazılıq və etiraza səbəb olub.

NUHÇIXAN xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien məsələyə dair ölkəsinin mövqeyini gündəlik media brifinqində bəyan edib.

Çinli diplomat bildirib ki, Yasukuni məbədi təcavüzkar müharibəyə görə məsuliyyət daşıyan yapon militaristlərinin mənəvi vasitəsi və simvoludur. “Əslində, bu, müharibə cinayətkarları üçün bir məbəddir. Yaponiyanın Yasukuni müharibə məbədi ilə bağlı mənfi hərəkətləri tarixi ədalətə qarşı açıq təxribat, insan vicdanına təhqir və İkinci Dünya müharibəsində qələbənin nəticələrinə və müharibədən sonrakı beynəlxalq nizama meydan oxumaqdır”, - deyə XİN rəsmisi qeyd edib.

Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq Yaponiya uğrunda döyüşlərdə həlak olan əsgərlərin siyahısı saxlanılır. Burada, həmçinin İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra edam edilən hərbi cinayətkarların da adları yer alır. Məhz buna görə də Yaponiya rəsmilərinin həmin məbədi ziyarət etməsi və ya ora ianə göndərməsi ölkənin işğalçı siyasətinə bəraət qazandırılması kimi qiymətləndirilərək Çin, Cənubi Koreya və digər Asiya ölkələri tərəfindən kəskin tənqid edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: