Türkiyə-Avropa yüksəksürətli dəmir yolu qatarının ilk sınağına başlanılıb

A- A A+

Türkiyəni Avropa ilə bağlayan dəmir yolu layihəsi üzrə sürət qatarlarının ilk sınaq yürüşünə başlanılıb.

NUHÇIXAN xəbər verir ki, layihənin 153 kilometrlik hissəsində infrastruktur və texniki işlər tamamlanıb.

Bundan sonrakı mərhələdə xəttin müəyyən hissələrində gediş-gəliş istiqamətində sürətli qatarlarla sınaqlar keçiriləcək.

Saatda 200 kilometr sürətlə iki xətt üzrə elektrikləşdirilmiş və siqnallı şəkildə fəaliyyət göstərəcək bu xətt həm sərnişin, həm də yük daşımalarına imkan verəcək. Layihə çərçivəsində Türkiyənin Ədirnə və İstanbul şəhərləri şəbəkəyə qoşulacaq. Nəticədə sərnişinlərin səfər müddəti 4 saatdan 1 saat 30 dəqiqəyə, yük daşımaları isə 8 saat 30 dəqiqədən 3 saat 30 dəqiqəyə enəcək.

Layihə tamamlandıqdan sonra tarixi İpək dəmir yolu marşrutunun Türkiyədən keçən hissəsinin Avropa ilə bağlantısını təmin edən əsas həlqələrdən biri reallaşdırılmış olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: