Türkiyə-Ermənistan Birgə İşçi Qrupu Qars-Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıb

A- A A+

Aprelin 28-də Qars şəhərində Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində əldə olunmuş razılaşmaya əsasən, Qars-Gümrü dəmir yolunun bərpası və istifadəyə verilməsi məqsədilə yaradılmış Türkiyə-Ermənistan Birgə İşçi Qrupunun iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirıiyi açıqlama yayıb.

Məlumatda qeyd edilib ki, tərəflər, regional nəqliyyat əlaqələrinin inkişafı çərçivəsində Qars–Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: