Belçikada planlaşdırılan ümummilli həmkarlar ittifaqları aksiyasına baxmayaraq, mayın 12-də Brüssel hava limanından uçuşların təxminən yarısının həyata keçirilməsi gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Brussels Times” nəşri məlumat yayıb.
Hava limanının qiymətləndirməsinə görə, eyni gündə planlaşdırılan reyslərin digər hissəsi ləğv olunacaq. Tətil federal hökumətin siyasətinə qarşı təşkil olunur və son aylarda baş verən oxşar aksiyaların davamıdır.
Hava limanı və aviaşirkətlər mümkün qədər çox reysin saxlanılması üçün koordinasiya aparır. Sərnişinlərə isə gecikmə və ləğvlərlə bağlı əvvəlcədən məlumatları yoxlamaq tövsiyə olunur.
Ekspertlər qeyd edirlər ki, Belçikada son illərdə keçirilən tətil aksiyaları mütəmadi olaraq aviasiya sektorunda ciddi pozuntulara səbəb olur.
