“Politico”: Aİ Ukrayna ilə yaxınlaşma variantlarını nəzərdən keçirir

A- A A+

Ukraynanın sürətləndirilmiş üzvlük ideyasını qəbul etməyən Avropa İttifaqı (Aİ) Kiyevlə tədricən yaxınlaşmanın alternativ formatlarını nəzərdən keçirir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatlara istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, sürətləndirilmiş üzvlük ideyası martda keçirilən görüşdə rədd edilib. Üzv dövlətlər əsas islahatlar başa çatanadək Ukraynanın Aİ-yə qəbul olunmasını qeyri-mümkün hesab ediblər.

Hazırda Brüssel Kiyevin tam üzvlükdən əvvəl bir sıra siyasi və iqtisadi üstünlüklər əldə etməsinə imkan verəcək qısamüddətli tədbirlər paketi hazırlayır. Paketə bazara çıxışın genişləndirilməsi, Avropa proqramları və institutlarında daha fəal iştirak etmək daxildir. Nəzərdən keçirilən variantlar arasında tədrici inteqrasiya konsepsiyası da var.

Eyni zamanda, nəşrin mənbələri vurğulayır ki, Brüssel Ukraynanın Aİ-yə qoşulması kursunu saxlasa da, yaxın gələcəkdə bunu real hesab etmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: