Venesuelaya tətbiq edilən 1861 sanksiyadan yalnız 18-i ləğv olunub

A- A A+

Venesuelaya qarşı tətbiq edilən 1861 sanksiyadan hələlik yalnız 18-i ləğv olunub. Lakin Karakas artıq bunun müəyyən müsbət təsirini hiss edir.

NUHÇIXAN EFE agentliyinə istinadla xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib. Onun sözlərinə görə, yeni bir dinamika, ölkənin iqtisadi inkişafının sürətlənməsi göz qabağındadır. “Nifrət və qarşıdurma səhifəsini çevirməliyik. İndi ortaq məxrəc tapmağın vaxtıdır”, - deyə Rodriges vurğulayıb.

Yanvarın əvvəlində ABŞ Nikolas Maduronu xüsusi əməliyyatla devirdikdən sonra Vaşinqton Venesuelanın neft-qaz və mədən sektorlarına, eləcə də maliyyə sisteminə qarşı sanksiyaları yumşaldıb. Bu tədbirlər ölkə hakimiyyətinə “Eni”, “Repsol” və bp kimi transmilli şirkətlərlə müqavilələr bağlamaq, habelə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə münasibətləri bərpa etmək imkanı verib.

Müvəqqəti Prezident Delsi Rodriges ABŞ administrasiyasına və Avropa hakimiyyət orqanlarına müraciət edərək Venesuelaya qarşı bütün sanksiyaları ləğv etməyə çağırıb. O qeyd edib ki, mindən çox sanksiya ölkə iqtisadiyyatına boğucu təsir göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: