Gürcüstanda beynəlxalq əhəmiyyətli Tbilisi-Bakursixe-Laqodexi avtomobil yolunda yeni körpünün tikintisi başa çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Nəqliyyat Departamenti məlumat yayıb.
Bildirilib ki, eni 14,6 metr, uzunluğu 31,7 metr olan körpünün iki dayağı var.
Layihə dövlət büdcəsindən maliyyələşdirilib və onun dəyəri 1.768.900 lari təşkil edib.
Qeyd edək ki, bu körpü Gürcüstandan Azərbaycana gedən beynəlxalq əhəmiyyətli yoldadır.
