ABŞ-nin neft ehtiyatları azalıb

A- A A+

Birləşmiş Ştatların kommersiya xam neft ehtiyatları kəskin azalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 6 milyon 200 min barel azalaraq 459 milyon 500 min barel olub. Bazar proqnozları ehtiyatların 300 min barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 7 milyon 100 min barel geriləyərək 397 milyon 900 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 6 milyon 100 min barel azalaraq 222 milyon 300 min barel təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: