Madaqaskarın sabitliyini sarsıdan son hadisələr Antananarivo və Paris arasındakı diplomatik gərginliyi artırır.
NUHÇIXAN xəbər verir ki, Madaqaskar hökumətinin Fransanın Antananarivodakı səfirliyinin bir əməkdaşını “persona non grata” elan etməsi ilə bağlı rəsmi Paris dərhal reaksiya verib.
Fransanın Avropa və Xarici İşlər Nazirliyi Madaqaskarın Parisdəki səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşərək, bu qərara qəti etirazını bildirib. Diplomata Fransa tərəfinin Madaqaskar Respublikasında rejimin yenidən qurulmasını pozmaqla bağlı ittihamları qəti şəkildə rədd etdiyi çatdırılıb.
Rəsmi Paris ittihamları əsassız və anlaşılmaz adlandırıb və əlavə edib ki, Fransa 2025-ci ilin oktyabrından beynəlxalq tərəfdaşları ilə birgə yenidənqurma prosesini dəstəkləyir və bu, xüsusilə Madaqaskar xalqının, gənclərin qanuni istəklərinə cavab vermək məqsədi daşıyır.
Fransa, həmçinin Madaqaskar hakimiyyətini ikili münasibətlərin səviyyəsinə uyğun konstruktiv dialoqu davam etdirməyə çağırıb.
