“Volkswagen” ilin birinci rübündə ciddi maliyyə itkisi ilə üzləşib

A- A A+

Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” bu ilin birinci rübündə ciddi maliyyə itkisi ilə üzləşib.

NUHÇIXAN xəbər verir ki, şirkət yanvar-mart aylarında mənfəətin 28,4 faiz azalaraq 1,56 milyard avroya düşdüyünü açıqlayıb. Ötən ilin eyni dövründə bu göstərici 2,19 milyard avro olub.

“Volkswagen”in dövriyyəsi də 2,5 faiz azalaraq 75,7 milyard avro təşkil edib. Şirkət bu nəticələri qlobal geosiyasi gərginliklər, ticarət maneələri və sərtləşən rəqabətlə izah edib.

Bundan başqa, “Volkswagen” qrupunun dünya üzrə avtomobil tədarükləri 7 faiz azalaraq təxminən 2 milyon ədəd olub. Azalma əsasən Çin və Şimali Amerika bazarlarında müşahidə edilib. Avropadakı artım isə ümumi itkini kompensasiya etməyib. Qrupun nəticələrinə “Porsche” və “Traton”un zəif göstəriciləri də mənfi təsir göstərib.

Şirkət ABŞ tariflərinin illik təxminən 4 milyard avro əlavə yük yaratdığını bildirib. Eyni zamanda, Çin istehsalçılarının Avropa bazarına daha güclü çıxışı rəqabəti artırır.

Qeyd edək ki, “Volkswagen” 2024-cü ildən başlayan qənaət proqramını genişləndirir və 2030-cu ilədək təxminən 50 min iş yerinin ixtisarını planlaşdırır. Yeni strategiya çərçivəsində istehsalın optimallaşdırılması və model çeşidinin azaldılması da nəzərdə tutulur.

Hesabatın açıqlanmasından sonra “Volkswagen”in səhmləri 2 faizdən çox ucuzlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: