Yaponiyanın Baş naziri İran Prezidentini Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etməyə çağırıb

A- A A+

Yaponiyanın Baş naziri Sanae Takaiçi telefon danışığı zamanı İran Prezidenti Məsud Pezeşkianı Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin olunmasına çağırıb.

NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, telefon danışığı barədə jurnalistlərə Baş nazir Sanae Takaiçi məlumat verib.

Qeyd edək ki, telefon danışığı Yaponiya şirkəti tərəfindən idarə olunan “Idemitsu Maru” adlı tankerin Hörmüz boğazından keçməsindən sonra olub. Təxminən 2 milyon barel neft daşıyan tanker İrandan icazə alındıqdan sonra boğazı keçib.

Yaponiya hökumətindəki mənbə “Nikkei” qəzetinə açıqlamasında tankerin danışıqlar nəticəsində boğazdan keçdiyini, bunun üçün heç bir ödəniş olunmadığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: