Avropa İttifaqı müdafiə xərclərini sürətlə artırır

A- A A+

ABŞ Avropanın müdafiəsində mühüm rol oynayır, lakin Avropa ölkələri də öz təhlükəsizliklərini gücləndirmək qayğısına qalırlar.

NUHÇIXAN xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının başçısı Kaya Kallasın rəsmi nümayəndəsi Anitta Hipper Brüsseldə keçirilən brifinqdə deyib. “ABŞ Avropanın təhlükəsizliyinə və müdafiəsinə töhfə verən mühüm tərəfdaşdır. Amerika qoşunlarının Avropada olması ABŞ-nin maraqlarına da cavab verir. Lakin biz öz təhlükəsizliyimizə və müdafiəmizə investisiya qoymalı olduğumuzu qəbul edirik. NATO üzvü olan Avropa İttifaqı dövlətləri də müdafiə xərclərini görünməmiş sürətlə artırırlar”, - deyə o bildirib.

Qeyd olunub ki, təkcə Almaniya bu il müdafiəyə 100 milyard avrodan çox pul xərcləyəcək və 2029-cu ilədək təxminən 152 milyard avro xərcləməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: