Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

A- A A+

Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsini bitirməyə, dağılmış ölkəsini, xüsusən də immiqrasiya və enerji problemini düzəltməyə daha çox vaxt sərf etməlidir.

NUHÇIXAN xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb.

O bildirib ki, Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub.

“Almaniya İranın nüvə təhdidindən qurtulmağa çalışanlara müdaxilə etməyə daha az vaxt ayırmalıdır. Bununla da, Almaniya da daxil olmaqla dünya daha təhlükəsiz bir yerə çevrilməlidir”,- deyə Tramp əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: