Volodimir Zelenski: Rusiya atəşkəs müqabilində bəzi sanksiyaların ləğvini təklif edə bilər

A- A A+

Rusiya Ukraynada atəşkəs müqabilində bəzi rus şirkətlərinə qarşı tətbiq olunan sanksiyaların ləğvini Qərbə təklif edə bilər.

NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Düşünürəm ki, Rusiya müəyyən müəssisələrə qarşı tətbiq olunan sanksiyaların ləğvi müqabilində atəşkəs məsələsini qaldıra bilər. Bilirəm ki, onlar banklarının fəaliyyət göstərə bilməsi üçün SWIFT sisteminə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması məsələsini də gündəmə gətiriblər. Bütün bunlar Ukrayna üçün böyük riskdir”, – deyə o bildirib.

Eyni zamanda, Ukrayna lideri ABŞ və Avropa ölkələrini Rusiyaya qarşı sanksiyaları qoruyub saxlamağa və Moskvanın bu sanksiyaları zəiflətməyə yönəlmiş cəhdlərinə uymamağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: