ABŞ Prezidenti Donald Trampın Almaniyadan qoşunların çıxarılmasının mümkünlüyü barədə açıqlaması Pentaqonun təəccübünə səbəb olub.
NUHÇIXAN xəbər verir ki, “Politico” nəşri bu barədə Almaniyadakı və Pentaqondakı adları açıqlanmayan mənbələrinə istinadla məlumat yayıb.
Birləşmiş Ştatlar liderinin Almaniyadakı qoşunların sayının azaldılması ehtimalı ilə bağlı açıqlamalarını şərh edən mənbələrin sözlərinə görə, Trampın bəyanatı Pentaqonu təəccübləndirib və onlar indi bunun nə qədər ciddi olduğunu müəyyən etməyə çalışırlar. Hazırda ABŞ Hərb Nazirliyində yüzlərlə, bəlkə də, minlərlə amerikalı əsgərin Almaniyadan çıxarılması üçün potensial səylərdən danışırlar.
ABŞ hərb nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell Pentaqonun bütün ssenarilər üçün planlar hazırladığını bildirib. “Biz Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə tam hazırıq”, - deyə Şon Parnell vurğulayıb.
