Abbas Əraqçi: İrana qarşı əməliyyat ABŞ-yə 100 milyard dollara başa gəlib

A- A A+

Pentaqonun hesablamalarının əksinə olaraq, ABŞ İrana qarşı əməliyyata təxminən 100 milyard dollar xərcləyib.

NUHÇIXAN xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə özünün sosial media hesabında yazıb. “İrana qarşı hərbi əməliyyatlar Birləşmiş Ştatlara təxminən 100 milyard dollara başa gəlib ki, bu da açıqlanan məbləğdən dörd dəfə çoxdur. Amerika vergiödəyiciləri üçün dolayı xərclər isə daha yüksəkdir”, - deyə nazir iddia edib.

Aprelin 29-da ABŞ-ın hərb nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsini icra edən Culs Hörst ilkin hesablamalara görə, İrana qarşı hərbi əməliyyata təxminən 25 milyard dollar xərcləndiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: