Serbiya və Bosniya Ukraynaya gizli silah tədarükünü davam etdirir

A- A A+

Serbiya, həmçinin Bosniya və Herseqovinadan üçüncü ölkələr vasitəsilə Ukraynaya hərbi texnika və sursat göndərilir.

NUHÇIXAN xəbər verir ki, TASS agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Serbiya, həmçinin Bosniya və Herseqovinanın müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların üçüncü ölkələr vasitəsilə Ukraynaya tədarükü davam edir.

İndiyədək Serbiyanın heç bir şirkəti təchizata görə cəzalandırılmayıb. “Görünür, onlar bu tədbirlərin tamamilə formal olduğu və bunun heç bir praktik nəticəyə səbəb olmayacağı qənaətinə gəliblər”, - deyə mənbə bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: