Böyük Britaniyanın cənub-qərbindəki Plimut şəhərində II Dünya müharibəsi dövründən qalan partlamamış sursat nəzarət altında məhv edilib.
NUHÇIXAN xəbər verir ki, aprelin 30-da Sautvey rayonunda öz həyətində qazıntı işləri aparan ev sahibi torpağın altından Almaniyada istehsalı olunan SC250 aviabombası aşkarlayıb. Təhlükəli tapıntı səbəbindən yaxınlıqda yerləşən təxminən 1200 evin sakinləri təxliyə edilib. Sursat səhər saatlarında mütəxəssislər tərəfindən zərərsizləşdirilib.
Böyük Britaniya dəniz bazasının yerləşdiyi Plimut II Dünya müharibəsi zamanı dəfələrlə Almaniyanın bombardmanına məruz qalıb. Nəticədə şəhər mərkəzində və limanda ciddi dağıntılar baş verib, 1174 mülki şəxs həlak olub.
