Malatyada sərnişin avtobusu dərəyə aşıb, 4 nəfər ölüb, 15 nəfər yaralanıb

A- A A+

Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda sərnişin avtobusu dərəyə aşıb.

NUHÇIXAN xəbər verir ki, ilkin məlumatlara görə, Malatya-Adıyaman yolunda baş verən qəza nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları göndərilib.

Malatya valisi Seddar Yavuz yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparıldığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: