ABŞ Hərbi Hava Qüvvələri Alyaskada qırıcı təyyarələr klasterinin genişmiqyaslı tikintisinə təxminən 7 milyard dollar xərcləməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Pentaqonun büdcə sənədlərində bildirilir.
Sənədlərə əsasən, Elmendorf-Richardson hava bazası Sakit okean Komandanlığının tərkib hissəsidir və ABŞ qoşunlarının regiondakı mövcudluğu üçün əsas mərkəzlərdən biri hesab olunur.
Müdafiə Nazirliyi qeyd edib ki, hərbi obyektin mövcud infrastrukturu artan yükü artıq qarşılaya bilmir. Layihə çərçivəsində yeni texniki anqarların, ənənəvi sursat anbarının və əlavə hərbi yaşayış binalarının tikintisi nəzərdə tutulur.
Sənədlərdə, həmçinin bildirilir ki, layihələndirmə işlərinə mart ayında başlanılıb və tikintinin tam başa çatdırılması 2035-ci ilin dekabr ayına planlaşdırılır.
