İran Silahlı Qüvvələri: Hörmüz boğazından keçid Tehranla əlaqələndirilməlidir

A- A A+

Hörmüz boğazına yaxınlaşan və ya onu keçməyə cəhd edən ABŞ-nin bütün hərbi gəmiləri hücuma məruz qalacaq.

NUHÇIXAN xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, bu barədə İran Silahlı Qüvvələrinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, boğaz İran Silahlı Qüvvələrinin nəzarətindədir və istənilən vəziyyətdə təhlükəsiz keçid və naviqasiya Tehranla əlaqələndirilərək həyata keçirilməlidir.

Tehran, həmçinin bütün ticarət gəmilərinə və tankerlərə İran Silahlı Qüvvələri ilə əlaqə saxlamadan Hörmüz boğazında hər hansı bir tranzit hərəkətlərindən çəkinməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: