Qazaxıstanda nağdsız ödənişlərin payı 80 faizi keçib

A- A A+

Qazaxıstanda nağdsız ödənişlərin payı 80 faizi keçib. Rəqəmsal tenqenin geniş istifadəsi büdcə xərcləri hədəflərinin şəffaflığını təmin edir və əməliyyat məsrəflərini azaldır.

NUHÇIXAN “Akorda”ya istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu açıqlamanı Süni İntellekt İnkişaf Şurasının ikinci iclasında verib.

Dövlət başçısının sözlərinə görə, 2025-ci ilə qədər ölkədə rəqəmsal maliyyə aktivlərini və kriptovalyutaları tənzimləyən milli hüquqi çərçivə yaradılacaq. Bu, daşınmaz əmlakın, qızılın, iri sənaye müəssisələrində səhmlərin və digər real aktivlərin tokenləşdirilməsi üçün imkanlar açacaq.

Kasım-Jomart Tokayev əlavə edib ki, hökumət və Milli Bank Qazaxıstanı kriptohaba çevirmək üçün rəqəmsal aktivlərin inkişaf strategiyalarını əlaqələndirməlidir. O, bunu müstəsna əhəmiyyət kəsb edən bir vəzifə adlandırıb və zamanın vacib olduğunu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: