ABŞ Almaniyadan ilk hərbçılərini çıxarmağa hazırlaşır. Bu, Vilsek şəhəri yaxınlığındakı hərbi bazada yerləşən mexanikləşdirilmiş briqadaya aiddir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Nəşr qeyd edir ki, briqada “Stryker” zirehli maşınları ilə təchiz olunub. Almaniyadakı təxminən 40 min ABŞ əsgərindən 26 minə yaxını Vilsekdə və yaxınlıqdakı Qrafenvördə yerləşir. ABŞ-dən kənarda ən böyük Amerika təlim poliqonu məhz oradadır.
Aprelin 29-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Almaniyadakı hərbi kontingentini azaltmağı düşündüyünü və tezliklə qərar verəcəyini açıqlayıb. Bundan bir gün sonra jurnalistlərin suallarını cavablandıran Amerika lideri deyib ki, Vaşinqton təkcə Almaniyada deyil, İtaliya və İspaniyada da hərbçilərinin sayını azalda bilər.
