İranın xarici işlər naziri Abbas Əraqçi mayın 6-da Çində səfərdə olacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Çinin xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq səfərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.
