Avropa Parlamentinin Xarici İşlər Komitəsi Gürcüstanla bağlı hesabatı qəbul edib.
NUHÇIXAN xəbər verir ki, illik hesabatı Avropa Parlamentinin 53 üzvü dəstəkləyib, 14-ü isə əleyhinə səs verib.
Layihə hesabatına verilən izahlı açıqlamada qeyd edilir ki, bu, Gürcüstanın Avropa İttifaqına namizəd ölkəsi kimi Avropa Komissiyasının hazırladığı ikinci hesabatdır.
İzahlı bəyanatda deyilir ki, Avropa Parlamenti demokratik geriləmə, artan repressiyalar, amansız düşmənçilik ritorikası, dezinformasiya və təhdidlər fonunda Avropa və demokratik Gürcüstan uğrunda mübarizəni davam etdirən gürcü xalqı ilə tam həmrəyliyini ifadə edir.
