İranın xarici işlər naziri Abbas Əraqçi Pekinə səfər edib və onun Çinin xarici işlər naziri Vanq Yi ilə görüşü gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
Bildirilir ki, Əraqçi Pekinə diplomatik nümayəndə heyəti ilə gəlib. Səfər çərçivəsində onun çinli həmkarı ilə ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər ətrafında müzakirələr aparması planlaşdırılır.
Daha əvvəl İran Xarici İşlər Nazirliyi bu səfər barədə məlumat verərək qeyd etmişdi ki, Əraqçi müxtəlif ölkələrlə diplomatik məsləhətləşmələrini davam etdirir.
