Türkiyənin yerli “Boran” haubitsası avtomobilə inteqrasiya edilib - FOTOLAR

A- A A+

Sahədə özünü doğrultmuş 105 millimetrlik “Boran” haubitsasının təkərli avtomobilə inteqrasiya edilmiş mobil variantı “Uran” adlanır.

105 millimetrlik “Boran” haubitsaları Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyindəki “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal edilir. Türkiyənin Avropa qitəsinə ilk haubitsa ixracı olan “Boran” haubitsası Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ölkənin mühəndisləri tərəfindən dizyan edilərək hazırlanıb. “Boran” haubitsası istifadəçiyə həm havadan, həm də qurudan daşınma imkanı verir ki, bu da onun qısa müddət ərzində lazımi nöqtəyə çatdırılmasına şərait yaradır. Atəşi idarəetmə sistemi ilə təchiz edilən və dəqiqədə 6 atəş aça bilən “Boran”ın atış uzaqlığı 17 kilomter təşkil edir.

“Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən “SAHA 2026”da təqdim edilən “Uran” isə məşhur “Boran” haubitsasının 4x4 təkərli avtomobil üzərinə quraşdırılmış ən müasir variantıdır. Bu sistem 18 kilometr mənzilə malikdir və dəqiqədə 12 atış edə bilir. Əsas üstünlüyü yüksək manevr qabiliyyətidir ki, “vur-qaç” taktikası ilə atəş açdıqdan dərhal sonra ərazini tərk edərək düşmən hədəfinə çevrilməkdən yayınır. Əvvəlki “Boran” modelindən fərqli olaraq, “Uran” kənar vasitələrə ehtiyac duymadan tam müstəqil hərəkət edir və döyüş meydanında ordunun operativliyini əhəmiyyətli dərəcədə artırır.

Bir sözlə, haqqında bəhs edilən hər iki sistem əslində eyni silahın fərqli istifadə formalarıdır. Qısacası, “Boran” yüngüllük və daşınmada, “Uran” isə sürət və mobillikdə üstünlüyə malikdir.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: