Etibar etdiyimiz rəqəmsal xidmətlər - peyklərdən xəstəxanalardakı həyat təminatı sistemlərinə qədər internet əlaqəsi çökərsə nə baş verər? NUHÇIXAN xəbər verir ki, BMT bu “fəlakət” ilə bağlı cavab tədbirləri ssenarisi hazırlayıb. Təşkilat qeyd edib ki, bütün üzv dövlətlər “rəqəmsal pandemiya”nın kaskad təsirlərindən qorunmaq birgə fəaliyyət göstərməlidir.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəhbəri Dorin Boqdan-Martin bununla bağlı xəbərdarlıq edib: BMT-nin analitik materialında deyilir: “Hamımız üçün risklər realdır. Onlar artıq Yer kürəsində və kosmosda müşahidə edilib, o cümlədən 2012-ci ildə bütün qitələrdə elektrik şəbəkələrini və rabitəni sıradan çıxara biləcək Günəş fırtınası potensial fəlakətin siqnalı olub. Bu təsadüfi pozuntuların ortaq məxrəci onların maliyyə, səhiyyə, nəqliyyat, enerji və rabitə kimi sektorlara yayılan təsirləri ilə bağlı qorunma mexanizmidir. Çox vaxt belə kataklizmlər eyni vaxtda baş verə bilər”.
BTİ qeyd edib: “Digər risklərə kosmik tullantıların həyəcanverici artımı daxildir ki, bu da peyklərin buraxılmasına qarşı təhdiddir. BMT-nin Fəlakət Risklərinin Azaldılması Ofisi (UNDRR) ilə birlikdə peyk naviqasiyasını, maliyyə şəbəkəsini və hava proqnozunu bir anda təhlükə altına alacaq riskləri vurğulayırıq”.
BMT-nin hər iki təşkilatı əlavə edir ki, ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə daha da şiddətlənir və rəqəmsal infrastrukturu tamamilə sıradan çıxararaq fəlakətləri humanitar böhranlara çevrilir.
Hesabatda göstərilir ki, rəqəmsal pozuntular nadir hallarda təcrid olunmuş hadisələrlə məhdudlaşır, əksinə, kaskad xarakterli olur. Bu, təbii fəlakətlərlə əlaqəli rəqəmsal pozuntuların 89 faizinə qədərinin ilkin şokdan daha çox ikinci dərəcəli təsirlərdən yarandığına dair məlumatlarla vurğulanır.
BMT bildirib ki, son nəticədə bu fəlakətdən təsirlənən insanların sayı ilkin hadisəyə məruz qalanlardan 10 dəfə çox ola bilər.
UNDRR-in rəhbəri Kamal Kişor bildirib ki, risk sistemlidir: “Bu risklərin çoxu görünməzdir. Çox vaxt qarşılıqlı asılılıqlar tam olaraq tanınmır”. O, xəbərdarlıq edib ki, bir sistemdəki nasazlıqlar tez bir zamanda digərlərinə yayıla bilər: “Enerji sistemləri sıradan çıxarsa, telekommunikasiya qüllələrinin fəaliyyəti dayanacaq və bundan sonra işləməyəcək. Telekommunikasiyalar işləmədikdə, bankomatlar da işləmir və insanların nağd pullara çıxışı olmur”.
Risklərə baxmayaraq, hesabatda problemin həlli yolunun rəqəmsal texnologiyalardan geri çəkilmək deyil, onların uğursuzluğuna daha yaxşı hazırlaşmaq olduğu vurğulanır. Boqdan-Martin bildirib: “Kritik rəqəmsal risklərə daha məqsədyönlü şəkildə hazırlaşmağa başlamağın vaxtıdır”.
Hesabatda risk xəritələşdirməsinin təkmilləşdirilməsi, beynəlxalq standartların və sektorlar arasında koordinasiyanın gücləndirilməsi və cəmiyyətlərin pozuntuları mənimsəmək və onlardan qurtulmaq potensialının artırılması da daxil olmaqla, altı prioritet fəaliyyət sahəsi qeyd olunub. Həmçinin risk məlumatlılığını hərəkətə çevirmək üçün daha güclü qlobal əməkdaşlığa və erkən xəbərdarlıq sistemlərindən daha yaxşı istifadəyə çağırış edilib.
K. Kişor bildirib: “Bu hesabat göstərir ki, rəqəmsal fəlakət riski “əgər” deyil, “nə vaxt” məsələsidir”.
