Ukraynanın xarici işlər naziri: Rusiya atəşkəs rejimini pozub

A- A A+

Rusiya mayən 5-dən 6-na keçən gecə Ukraynanın təşəbbüskarı olduğu atəşkəsi pozub. Onun mayın 9-da atəşkəs elan edilməsi ilə bağlı saxta çağırışlarının diplomatiya ilə heç bir əlaqəsi yoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial platformasında yazıb.

Sibiqa qeyd edib ki, ruslar gecə boyu Ukraynaya 108 dron və üç raketlə hücum ediblər, o cümlədən səhər saatlarında Xarkov və Zaporojyeyə zərbələr endiriblər.

Nazirin sözlərinə görə, Moskva digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən hərbi əməliyyatlara son qoymaq üçün real və ədalətli çağırışı bir daha qulaqardına vurub.

“Bu, Rusiyanın sülhü rədd etdiyini və mayın 9-da atəşkəs elan edilməsi ilə bağlı saxta çağırışlarının diplomatiya ilə heç bir əlaqəsi olmadığını göstərir. Putin yalnız hərbi paradlarla maraqlanır, insan həyatı ilə yox”, - deyə nazir vurğulayıb.

Sibiqanın sözlərinə görə, bu mövqe Rusiya rejiminə təzyiqin gücləndirilməsini, o cümlədən yeni sanksiyalar, təcrid, cinayətlərə görə məsuliyyətin artırılmasını və bütün sahələrdə Ukraynaya dəstəyin genişləndirilməsini tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: