Qazaxıstanın Turizm və İdman Nazirliyi uşaqların rəsmi idman yarışlarında iştirakı üçün minimum yaş tələblərini müəyyən edib.
NUHÇIXAN Kazinform xəbər agentliyinə istinadla xəbər verir ki, bu məhdudiyyətlər uşaqların sağlamlığının qorunması və erkən yaşda xəsarət riskinin azaldılması məqsədi daşıyır. Yaş hədləri idman federasiyalarının rəyləri nəzərə alınmaqla hazırlanıb, Səhiyyə Nazirliyi ilə razılaşdırılıb və beynəlxalq standartlara uyğunlaşdırılıb.
Məlumata görə, ölkədə 4-17 yaş arası 5,1 milyondan çox uşaq və yeniyetmə idmanla məşğul olur. Yeni qaydalar yalnız yarışlara şamil edilir və idman məktəblərinə qəbul prosesinə təsir göstərmir.
