Polşa ölkədəki ABŞ hərbi kontingentinin sayını artırmağa hazır olduğunu açıqlayıb

A- A A+

Polşa ölkədəki ABŞ hərbi kontingentinin sayını artırmağa hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. “Polşa Avropa və ABŞ arasında körpü rolunu oynayır. Birləşmiş Ştatların hərbi mövcudluğunun gücləndirilməsi Varşavanın strateji məqsədinə uyğundur və biz əlavə qüvvələr yerləşdirməyə hazırıq”, - deyə Polşa Müdafiə Nazirliyi nazirin sözlərindən iqtibas gətirib.

Vladislav Kosinyak-Kamışın sözlərinə görə, transatlantik münasibətlər təhlükəsizliyin təməli olaraq qalır və ABŞ qoşunlarının iştirakı olmadan Avropanın təhlükəsizliyi təmin edilə bilməz.

Nazir, həmçinin Avropa və ABŞ arasında müdafiə xərclərindəki fərqin azaldığını, lakin hələlik tərəfdaşlıq səviyyəsinə çatmadığını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: