Gürcüstanda dəyəri 11 milyon dollardan çox olan narkotik maddə müsadirə edilib

A- A A+

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində 103 kiloqrama yaxın metamfetamin müsadirə olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.

Bildirilib ki, müsadirə olunan narkotikin qara bazarda qiyməti 30 milyon laridir (11 milyon ABŞ dollarından çox).

Xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz alınması, saxlanması və Gürcüstana qanunsuz idxalına görə 1 nəfər saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: