Çinin və Amerika Birləşmiş Ştatlarının (ABŞ) müvafiq qurumları Prezident Donald Trampın Pekinə nəzərdə tutulan səfəri ilə bağlı əlaqə saxlayır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien brifinqdə bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl martın sonunda Çinə səfər edəcəyini, amma İranla bağlı yaranmış vəziyyətə görə səfərini may ayına təxirə saldığını açıqlayıb. Donald Tramp “Truth Social” sosial media hesabında mayın 14-15-də Pekində Sədr Si Cinpinlə görüşəcəyini yazıb.
